Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda koronavirusa yoluxanlar: Onlar həyatla ölüm arasında mücadilə aparırlar - Video

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları növbəti dəfə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada olub, onlarla söhbətləşiblər.

COVID-19-a yoluxmuş xəstələr vəziyyətləri haqqında danışıblar. Nəfəs almaqda çətinlik çəkdiklərini, xəstəliyin çox ağır keçdiyini bildirən xəstələr vətəndaşlara müraciət etməyi də unutmayıblar. “Bu, həyatla ölüm arasında mücadilədir”, deyən xəstələrdən biri, insanları özülərini qorumağa, koronavirusla bağlı deyilən tələblərə əməl etməyə, sağlamlıqlarını düşünməyə səsləyiblər.

Adı açıqlanmayıb, üzü gizlədilən xəstələrdən biri yaşantılarını belə dilə gətirib: “Heç kimə bura düşməyi arzulamıram. Ona görə özünüzü qoruyun. Dillə deyiləsi şey deyil. Çox çətindir. Bu, ölümlə həyat arasında mücadilədir”.

Həkimlər xüsusi karantin rejiminin yumşaldılmasından sonra xəstələrin kəskin artdığını bildiriblər. Əhalini diqqətli olmağa, qoyulan qaydalara əməl etməyə çağırıblar.

Reportajda koronavirusun insan orqanizminə necə təsir etməsi, onu sıradan çıxarması haqqında da ətraflı məlumat verilib.

Son xəbərlər
Bütün xəbərlər »