Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tramp kütləvi etirazlar zamanı bunkerdə gizlənib
Donald Tramp

ABŞ prezidenti Donald Tramp, 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı Ağ Evin qarşısında keçirilən kütləvi etirazlar zamanı Vaşinqtonun mərkəzində yerləşən yeraltı bunkerdə gizlənib.

“Report”un məlumatına görə, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, qərar şənbə gecəsi etirazların ən qızğın vaxtı verilib. Buna ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları təkid edib.

CNN-in məlumatına görə, Tramp sığınacaqda bir saatdan az vaxt keçirib. Ailə üzvlərinin də orada olub-olmaması hələlik məlum deyil.

Nəşr qeyd edir ki, bəzi işçilərə iğtişaşların yenidən başlanması təhlükəsi səbəbindən Ağ Evə işə gəlməmələrinə icazə verilib.

Paylaş »
››› Koronavirusla mübarizədə yeganə ümidverici dərman - ÜST açıqladı
››› Azərbaycanda koronavirusa yoluxanların sayının artmasına səbəb... – Həkimdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Bakıda Sobsan boya fabrikində yanğın başlayıb - Video
››› Sərt karantin qadağalarına məhəl qoymayan məşhur restoranda qonaqlıq - Video
Son xəbərlər
Bütün xəbərlər »