Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qan qrupuna görə xarakter analizi

İnsanlar öz gələcək ömür yollarını ulduzlara, əllərindəki xətlərə ( xiromantiya) doğum tarixlərinə əsasən müxtəlif qoroskoplarla təyin etməyə çalışırlar.

Lakin bir çoxları qan qrupunun insanın xarakterində mühüm rol oynadığına, xarakterində öz növbəsində taleyimizə təsirinə inanırlar. Bizimyol.info-nun məlumatına görə, Yaponiyada artıq uzun illərdir qan qruplarına görə xarakter təyin edilməsinə inanırlar və bunu ciddi elm kimi qəbul edirlər.Hətta, bu ölkədə işə qəbul zamanı qan qruplarına görə seçim edilir.

Beləliklə hansı qan qrupunun hansı xüsusiyyətləri əks etdirməsi barədə maraqlı məlumatları təqdim edirik.

I qrup

Anlayış, obyektivlik, səliqə sahman, sakit xarakter bu qrup insanların əsas xüsusiyyətidir.

İndividual və sərbəst xarakterlidirlər. Hədəflərinə öz güclərinə çatmağı bacarırlar. İşi yarımçıq buraxmağı sevmirlər. Hətta, əksinə əmin olsalar belə getdiyi yolu sona qədər gedirlər.Başqalarından fərqli olaraq stress situasiyaları ilə rahatlıqla baş çıxarırlar. Praktik çıxış yolları tapa bilirlər.

Lakin gözləməyi sevmirlər. Xırda şeylərə görə narahat olurlar.Onlar hər şeyi dərhal istəyirlər, necə deyərlər hamısı və indi.Bəzən onları güclü olduqlarına görə, laqeyd insanlarla qarışıq sala bilərlər.

II qrup

Ehtiras, impulsivlik, dayanıqlılıq və qeyri ordinar xarakter. İşə özlərini bütövlüklə verirlər.Bu həmçinin onların şəxsi həyatına, sevdiklərinə də aiddir.Onlar ailələrini, dostlarını çox sevirlər.Onların daxili yaradıcı qüvvəsi var. Lakin həddən artıq həssas olduqlarına görə, stresə davam edə bilmirlər.

Rəngarəng şəxsiyyət olmalarına baxmayaraq, onların iç üzünü yalnız ən yaxınları görə bilir. Bu insanlar düşüncələrə dalmağı sevirlər, çünki özlərinə qapanarkən daha rahat hiss edirlər.

III qrup

Özünü təkmilləşdirmə, punktuallıq, ciddiyyət və hər şeyi öncədən planlaşdırma bu qrup insanların əsas xüsusiyyətidir.

Ən etibarlı insanlar sayıla bilərlər.Məsuliyyətli və çalışqan işçilər , anlayışlı dost və yaxşı sevgili ola bilirlər.Onlar başqalarını dinləməyə, məsləhət verməyə hazır olurlar. Öncədən hadisələrin bütün inkişaf planlarını cızırlar.Ehtiyatlı, özünə əmin insanlardırlar. Lakin yeniliklərə açıq deyillər, öz komfort dairələrindən çıxmağı sevmirlər.Onlar inanılmış yollarla gedir, risklərə girməyi sevmirlər.

IV qrup

Kommunikabellik, özünə əminlik, lider xarakteri bu qan qrupunun insanlarına xasdır.Müstəqil, özünə və öz hakimiyyətinə əmin insanlardırlar. Lider xarakterlidirlər, formal və ya qeyri -formal da olsa komanda toplayıb yaxşı nəticələr əldə edə bilirlər.Hər şeyi ürəklərinə salırlar, xırda şeylərə görə narahat olmurlar. Obyektiv qərarlar alırlar. Lakin kinlidirlər, onların yolunda dayanmaq, düşmən qazanmaq deməkdir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »