Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abşeronda şəhidlərin ruhuna hörmətsizlik - Foto

Abşeron rayonunun Goradil qəsəbəsində Böyük Vətən Müharibəsi və Qarabağ döyüşlərində həlak olmuş qəhrəmanların xatirəsinə qoyulmuş abidə bərbad gündədir.

Sosial şəbəkədə yayılmış bu fotoya əsasən demək olar ki, abidə baxımsız vəziyyətdədir və təmirə ehtiyacı var. Bir zamanlar təntənəli şəkildə açılmış bu bağda indi qoyunlar otlayır, yerli hakimiyyət isə nədənsə göz önündə olan bu mənzərəyə laqeyd yanaşır. Maraqlıdır ki, abidə hər iki müharibədə həlak olmuş Goradil sakinlərinin anısına ucaldılıb.

Abşeron rayonunun Goradil qəsəbəsində Böyük Vətən Müharibəsi və Qarabağ döyüşlərində həlak olmuş qəhrəmanların xatirəsinə qoyulmuş abidə

Yerli hakimiyyət nəzərdən qaçırsa belə, sakinlər özləri ən azından bu vəziyyətə nəzarət edə bilərdilər. Axı bu bir növ əzizlərin məzarı hesab edilə bilər. Məzara isə hörmətsizlik edilmir.Hər bir halda ölkədə bu kimi yaradılıb, sonra unudulan, görənlərdə təəssüf və məyusluq duyğuları yaradan abidələr az deyil.

Şəhidlər xiyabanına göstərilən böyük diqqət və qayğıdan sonra burda uyuyan şəhidlərin belə unudulması yaşayanlar üçün utancverici olmalıdır.

İlhamə

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »