Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çin parlamenti Honkonqla bağlı yeni qanun qəbul edib
Çin

Ümumçin Xalqların Nümayəndələri Məclisi (Çinin ali qanunverici orqanı, parlament) mayın 28-də Honkonqun təhlükəsizliyinin təmin olunması haqqında qanun layihəsini qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Səsvermə parlamentin sessiyasının üçüncü günü keçirilib. Qanun layihəsi Məclisin komissiyası tərəfindən, Honkonqun Qanunverici Şurasının iştirakı olmadan hazırlanacaq.

Bu qanun Honkonqun muxtariyyətini kəskin şəkildə məhdudlaşdıracaq. Çin hakimiyyəti separatçı çağırışlar olduğu halda bu muxtar qurumu cəzalandırmaq məqsədilə öz təhlükəsizlik qüvvələrini göndərəcək, həbslər keçirə biləcək.

Bir müddət əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirmişdi ki, Honkonqun azadlığının məhdudlaşdırılması ilə bağlı Çinin istənilən qərarı “bir dövlət, iki sistem” prinsipinə yenidən baxılmasına səbəb olacaq.

Paylaş »
››› İyulun 20-dək fəaliyyətinə icazə verilən sahələr
››› Həkim: "Sağ qalsam, bir azərbaycanlıya pulsuz xidmət etməyəcəm"
››› Professor ikinci və daha qorxunc dalğanın nə zaman başlayacağını açıqladı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› İş adamının jurnalistləri söyən qalmaqallı oğlu saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »