Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda qəzaya uğramış sərnişinlərdən sağ qalanların sayı açıqlandı

Bu gün Pakistanın Lahor şəhərindən Karaçiyə uçan zaman qəzaya uğramış “Pakistan İnternational Airlines” (PİA) şirkətinə məxsus təyyarədən sağ çıxan azı 32 sərnişin yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Onlardan 15-i Karaçi Mülki Xəstəxanasına, daha 17 nəfər, o cümlədən 8 qadın da Cinnah Xəstəxanasına çatdırılıb.

CBS xəbər verir ki, A320 tipli təyyarənin pilotu Karaçi Hava Limanının nəzarət qülləsinə mühərriklərdən birinin sönməsini xəbər vermiş, cavab olaraq ona iki uçuş zolağının boş olduğu bildirilsə də, uçuş heyətilə rabitə kəsilib və bundan qısa vaxt ərzində təyyarə yerə çırpılıb.

Dərc olunmuş siyahıya görə, təyyarədə 51 kişi, 31 qadın və 9 uşaq, habelə 7 heyət üzvü olub. (Report.az)

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
Son xəbərlər
Bütün xəbərlər »