Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada sınaqdan keçirilən COVID-19 peyvəndi istənilən effekti verib

Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin işçilərinin COVID-19-a qarşı sınaqdan keçirdikləri peyvənd uğurlu nəticə verib.

“İnterfaks” xəbər verir ki, mərkəzin direktoru, akademik Aleksandr Gintsburq peyvəndin effektli olduğunu, mənfi təsirlərinin aşkarlanmadığını bildirib.

“Hər kəs sağ-salamat və xoşbəxtdir”, - deyə alim əlavə edib.

Peyvəndi öz üzərində tətbiq edən həmkarların sayı açıqlanmayıb.

Onların mərkəzin işçiləri - tərtibatçılar, preklinik tədqiqatların təşkilatçıları və texnoloqlar olduğu qeyd edilir. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »