Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" romanı Türkiyədə nəşr olunub

Azərbaycanlı yazıçının bestsellərə çevrilən kitabı Türkiyədə nəşr olundu.

Rövşən Abdullaoğlunun daha bir kitabı Türkiyə oxucularına təqdim edildi. Koronavirus pandemiyası dövründə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı digər sahələrdə olduğu kimi, kitab sektorunda da yaranmış durğunluğa baxmayaraq, tanınmış yazıçı-psixoloq Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" romanı Türkiyədə nəşr olunub.

Bu barədə Bizimyol.info-ya yazıçının özü məlumat verib.

Bu, yazarın Türkiyədə çap olunan sayca 3-cü kitabıdır. Onlardan ikisi Türkiyənin böyük nəşriyyatlarından olan “Destek yayınları”nın təşəbbüsü ilə nəşr olunub. 2019-cu ildə motivasiya psixologiyası janrında yazılmış "Çətin olsa da, həyat davam edir" ("Zor olsa da hayat devam ediyor") kitabı Türkiyədə çap olunmuş və qısa zamanda təkrar nəşr edilmişdi. “Destek yayınları”nın budəfəki seçimi "Bu şəhərdə kimsə yoxdur" ("Bu şehirde kimse yokmu?") psixoloji romanı olub.

Qeyd edək ki, müxtəlif janrlarda 26 kitab müəllifi olan Rövşən Abdullaoğlunun 2015-cı ildə işıq üzü görmüş “Bu şəhərdə kimsə yoxdur” romanı Azərbaycanda yerli və xarici ədəbiyyat arasında bestseller olub və 17 dəfə təkrar nəşr edilib. Müəllifin sayca 20-ci kitabı olan bu roman bədii janrda yazdığı ilk əsərdir. Roman gerçək hadisələr əsasında qələmə alınıb.

Son xəbərlər
Bütün xəbərlər »