Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəyə koronavirus iki ölkədən yayılıb

Türkiyədə iki ay ərzində aparılan araşdırmalar zamanı koronavirusun bu ölkəyə hansı dövlətlərdən keçdiyi məlum olub.

Sondakika.com xəbər verir ki, Türkiyə Təbiblər Birliyi COVID-19 Məsləhət və Nəzarət heyəti epidemiya ilə əlaqədar iki aydır davam edən araşdırmaları açıqlayıb.

Sənəddə qeyd edilir ki, Türkiyəyə koronavirus Səudiyyə Ərəbistanı və İrandan keçib.

COVID-19 diaqnozu qoyulmuş tibb işçilərinin sayının 902 nəfər olduğu, bu insanların 77,8 faizinin xəstəxanalarda, 18,2 faizinin Ailə Sağlamlıq Mərkəzlərində və digər təcili tibbi yardım müəssisələrində çalışdığı diqqət çəkir.

Məlumata görə, COVID-19 diaqnozu qoyulan həkimlərin 58,8 faizi kişidir.

Qeyd edək ki, Türkiyədə koronavirusa indiyə qədər 146 457 nəfər koronavirusa yoluxub, 4055 nəfər ölüb, 106 133 nəfər isə sağalıb. (Oxu.az)

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »