Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada son 24 saatda koronavirusdan 218 nəfər ölüb

Fransada koronavirusdan ölənlərin ümumi sayı 24376, virusa yoluxanların sayı isə 130185 nəfərə çatıb.

Bu barədə cümə günü keçirdiyi brifinqdə ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerome Salomon bildirib.

O qeyd edib ki, son 24 saat ərzində koronavirusdan 218 nəfər dünyasını dəyişib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin sayı azalmaqda davam edir: “Hazırda xəstəxanalarda 25887 xəstə var. Reanimasiyada müalicəyə ehtiyacı olanların sayı da azalmaqdadır. Cümə axşamı 4019 xəstə var idi, bu gün isə bu say 3878-dir”. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »