Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində bir sutkada 12 nəfərdə koronavirus aşkarlanıb

Çində son sutka ərzində 12 yeni koronavirusa yoluxma halı qeydə alınıb, 32 xəstə sağalıb, ölən olmayıb.

APA xəbər verir ki, bu barədə ÇXR-in Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Bildirilir ki, 12 yoluxmada altısı ölkəyə kənardan gələnlərdə, altısı da yerli çoxalma şəklində qeydə alınıb. Ümumilikdə Çinə kənardan gəlmiş 1670 nəfərdə koronavirus aşkar olunub, 505 nəfər hələ də xəstədir, yeddisi ağır vəziyyətdədir, 1165 nəfər sağalıb, Çinə kənardan gəlmiş insanların heç birində ölüm faktı baş verməyib.

“Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi 82 874 nəfərdə təsdiqlənmiş yeni növ koronavirus infeksiyasına yoluxma barədə 31 əyalətdən məlumat əldə edib, hazırda 599 xəstə var, onlardan 34-ü ağır vəziyyətdədir, 77 642 xəstəxanadan evə buraxılıb, 4633 nəfər isə ölüb”, - məlumatda belə deyilir.

Son xəbərlər
Bütün xəbərlər »