Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da koronavirusa yoluxan azərbaycanlı vəfat etdi - Foto

ABŞ-ın Nyu-York şəhərində yaşayan, milliyyətcə azərbaycanlı olan Natiq Qasımov koronavirusdan vəfat edib.

O Nyu-Yorkun Bruklin əyalətindəki “Coney Island” hospitalında müalicə alırdı.

Natiq Qasımov Natiq Qasımov

Mərhumun ailəsi ilə mütəmadi əlaqədə olan, Nyu-Yorkda aktiv diaspor təmsilçisi Aqil Hüseynov bildirib ki, Natiq Qasımov bir neçə həftədir xəstəxanada müalicəsini davam etdirirdi.

Onun sözlərinə görə, bundan əvvəl N. Qasımovla birgə yaşayan qızının həyat yoldaşı da COVID-19 infeksiyasına yoluxsa da müalicə alaraq sağalıb.

“Müalicə müddətində Natiq Qasımovun vəziyyəti bir qədər yaxşılaşıb, daha sonra yenidən pisləşib. Hazırda mərhumun meyitinin Azərbaycana göndərilməsi üçün xəstəxanada sənədləşmə işləri aparılır, artıq işlər yekunlaşmaq üzrədir”.

O bildirib ki, meyitin Azərbaycana yola salınması üçün mərhumun ailəsinə maddi kömək lazımdır. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »