Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazi polkovnikin aktyor oğlu: “Qızlarımı tankın qarşısında qaçan görüb hönkür–hönkür ağladım”

Onu mənfi rollarında görüb hətta bir az nifrət də edirdim.

Sonra tanıyınca əslində çox incə düşüncəli, mədəni, olduqca mehriban və anlayışlı bir insan olduğunu gördüm. Sənətindən danışanda gözləri parlayr. Bizimyol.info-nun qonağı Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərovdur.

-Rəşad müəllim, bir müsahibənizdə dilinizdən eşitdim ki, hər şey bir vanna oyuncaqdan başlayıb.

-Uşaq olanda çarpayımın altında bir vanna oyuncağım var idi. Məktəbdən gəib onları qoyurdum qarşıma, onlarla tamaşalar oynayırdım, dialoqlar qururdum. Məktəbdə o qədər utancaq idim ki, lövhəyə çıxıb dərs danışa da bilmirdim. Valideynlərim içimdəki aktyorluq həvəsimi hardan biləydilər? Deyirdilər uşağa nəsə olub, problemi var. Hərbçi ailəsində böyüyürdüm. Atam Əfqanıstan, sonra Qarabağda döyüşüb. Hətta, bir ayağını itirib. Polkovnik idi. Yəni mən bu dünyanı görüb sevərək böyümüşdüm. Amma içimdəki sənət sevgisini də özümlə böyüdürdüm. Uşaq idim, möhkəm dişim ağrıyırdı. Atam məni ovutmaq üçün dedi səni gəzməyə aprım, qohumlara filan. Hamısına yox dedim. Teatr deyən kimi dərhal razılaşdım. Ilk dəfə teatra getdim və elə orda onun sehrinə düdüm. “Dəyirman” tamaşası gedirdi, baş rolda da Mikayıl Mirzə. Yaşıma uyğun olmayan bir əsər idi, amma mən nə qədər heyranlıqla izləyirdim. Gözümü qırpmadan. Düzdür xəyalını qururdum, amma bir gün onunla eyni səhnəni paylaşacağımı bilə bilməzdim. Allah mənə bu xoşbəxtliyi nəsib etdi.

Rəşad Səfərov Rəşad Səfərov

- Sizi mənfi obrazlarda görüb tanımışam mən. Ancaq mənfi obrazlarınızda da qəribə bir xarizma var.İnsan o obrazlardakı Rəşada həm nifrət edir, həm də onlara bağlanır.Rol sizə hopur ya siz rola?

- 7-8 ildir mənfi rollar oynayram. Əvvəllər romantik qəhrəman obrazlarım da olub. İndi bu ampluadan da bezmişəm. Rol sizə hopöur ya siz rola. Mən əslində çox yaxşı keyfiyyətli komediyada da oynamaq istərdim. Amma indi özünü komediya adlandıran o yerli dizilərdə çəkilmirəm və gələn təklifləri rədd edirəm. Keyfiyyətsiz filmdə, pula görə rol alıb qazandığımız , əmək verdiyimiz imajımızı, simamızı istirməməliyik.

Mənə çoxları deyir ki, obrazlarında fərqli görünürdün, tanıdıqca qarşımıza fərqli bir insan çıxdı. Həyatda tıxsız balığam , sakit sadəlövh, hətta çox kövrək adamam. Davadan qalmaqaldan uzaq. Mən hər şeyi sülhlə yoluna qoymağa çalışıram. Heç özüm də bilmirəm, rollarım mənə hobub, yoxsa mən rollarıma. Bir dəfə rejssorumuz Vaqif müəllimə dedim ki, tertda mənfi, filmlərdə mənfi obraz, bir dənə ev qalıb (gülür). Şükür Allaha obrazlarımdakı mənfi xarakteri pərdə arxasında qoyub gəlməyi bacarıram.

- Bəs sevgi duyğularını necə? Çox eşitmişik aktyorlar səhnədə aşiq olur, evlənir amma bu sevgilərin ömrü uzun çəkmir.

- Bu peşəkarlıqdır. Bir dəfə Ülviyyə Könül bir filmin sınaqlarına dəvət etmişdi . Sonradan çəkiləsi olmadım filmə.Adını çəkməyəcəm, ailəlidir, bir aktrisa ilə tərəf müqabili idik. Sevgi səhnəsini o qədər gözəl oynadıq , Ülviyyə xanım dedi ki, siz nə zamansa bir-birinizi sevmisiniz? Kənardan baxanda elə təsəvvür yaranır. Dedik ki, yox. Bu sadəcə peşəkarlıqdır. Aktyorun rolunu gözəl ifadə etməsində tərəf müqabilinin böyük rolu var.Obraza gəlincə mütləq deyil obrazı sevəsən, mütləq olan odur ki, onda öz sevgini axtarasan.

- Kişi aktyorlarımız qadınlara nisbətən daha çox maddi sıxıntılar çəkirlər.

- İndi vəziyyət xeyli düzəlib. Əvvəllər belə çətinliklər çox idi. İndi maaşlar bir qədər artdı.Hazırda İncəsənət və Mədəniyyət Universitetinin aktyorluq və rejissorluq fakultəsinə tələbə hazırlaşdırıram, pedaqoji fəaliyyətim var. Və sevinirəm ki, bütün tələbələrim daxil olurlar.Keçən il hazırlaşdırdığım 14 nəfərin hamısı qəbul olundu.

- Evlənəndə “artistə qız verməzlər” problemi ilə üzləşdiniz?

- Yox həyat yoldaşım öz qrup yoldaşım idi. Həyat elə gətirdi ki, o işləyə bilmədi. Uşaqlarımız dünya gəldi. Mən 3 qız atasıyam. Evdə olmurdum, uşaqları nəzarətsiz qoymaq olmazdı. Tərbiyələri ilə anaları məşğul oldu. Böyük qızım rejissorluq fakultəsində təhsili alır. Hərdən xanımım deyir ki, işləsəm böyük aktrisa olardım. Zarafatla deyirəm sənin teatrın ev aktyorarın uşaqlar, rejissorun da mənəm.Qızlara ana tərbiyəsi lazımdır Qız böyütmək daha çətindir məncə.İndi uşaqlar elə yaşdadılar ki, onlara həm valideyn, həm də dost olmalıyıq.

Rəşad Səfərov Rəşad Səfərov

- Dediniz çox utancaq şagird idiniz. Bəs doğmalarınızın sizin tamaşaları izləməsi sizi utandırırdı?

- Hə çox, hətta evimizdə bundan ötrü söz-söhbət olurdu ,istəmirdim qohumlarım, doğmalarım mənim oynadığm tamaşalara gəlib baxsınlar.

- Səhnədə ağlamaq necə bir duyğudur? Çox zaman deyirlər ki, aktyorlar gözyaşardıcı xüsusi dərmanlardan istifadə edirlər. Səhnədki obrazın ağrı -acısını unutmaq çətin olur yoxsa hansısa obraza girmək?

- Bir dəfə “Dəcəl atı” adlı tamaşada qızlarımı göz önünə gətirib ağlamışam.Qarabağ döyüşlərindən məsum insanların əsir götürülməsindən bəhs edən tamaşa da kəndli rolunu oynayırdım. Bir anlıq gözümün önünə gəldi ki, mən öldürülmüşəm və o tankın qabağında qaçan mənim qızlarımdır. Mən necə ürəkdən ağlayırdım, necə həyəcan keçirirdimsə səhnənin arxasında da əllərim əsirdi.Sonra yavaş -yavaş o obraza alışırsan. Duyğular bir qədər adiləşir. Ağlamaq üçün mayedən istifadə edənlər var. Bir çox peşəkarlar üçün bu çətin deyil.Məsələn yas məclislərindəki ağıçılar da ağlayırlar. Onlar öləndən ötrü ağlamırlar ki. Bu onların peşəsidir sadəcə.

- Kimlərlə eyni səhnədə olmağı sevirsiniz?

- Peşəkar aktyor vgə aktrisalarla. Bir də görürsən kiminsə qolundan tutub gətiriblər ki, nəyinsə xatirinə rol oynasın. Baxır üzünə, nə texnikası var, nə səhnə bacarığı. Anlamır ki, sən ondan nə istəyirsən. Bu insanı çox yorur. Hüseyn Cavidin “An” əsərində Xalq artisti Nübar Novruzova ilə tərəf müqabili olarkən mən böyük məktəb gördüm, baxışları ilə insanı işlədir. Çox zövq aldım.Teatr , tamaşaçı qarşısında oynamaq bir ayrı dünyadır.

- Peşmansınızmı sualı verəcəkdim , amma teatrdan elə həvəslə danışdınız ,bəlkə də bu suala yer qalmadı.

- Özüm- özümə arada bir bu sual verirəm, düşünürəm ki, mən niyə aktyor oldum. Mən bazarda da işləyə bilərdim ,hərbçi və ya çəkməçi ola bilərdim.Fikirləşirəm ki, bu Allahın işidir.Teatr mənim üçün məbəddir. Bir dəfə mənim bir şerim səslənmişdi, efirdən, deyilənə görə yaxşı ifa etmişdim Sənət müəllimim Nadir Hüseynov zəng edib məni təbrik etdi. Bu yaşda belə ondan o tərifi eşitmək məni uşaq kimi sevindirmişdi.Yeri gəlmişkən mənim digər sənət müəllimim Ağakişi Kazımov olub, hər ikisini hörmətlə xatırlayıram.

- Sizcə yaxşı sənətkar ola bilmisiniz?

- Bir xatirə yadıma düşdü. Tədbirlərdən birində heç yerdə tanınmayan bir cavan oğlan özünü rejissor, aktyor, ssenarist və sənətkar kimi təqdim etdi. Mən əsəbləşdim. İllərdir mən teatrda çalışıram hələ özümə sənətkar deyə bilmirəm, utanıram.Bunu hər yerindən qalxan necə deyə bilir , anlamıram.Bu gün böyük sənətkarların adının tanınmaması, korifeylərimin yox ortalığa düşmüş özünü reklam etdirən bəzilərinin tanınması da məni üzür.

- Ən böyük arzunuz nədir?

- Ən böyük arzum, xəyalım nəvələrimə qoşulub gəzmək, 3 balamın yuva qurduqları evlərdən onları bir-bir toplayıb onlarla zaman keçirmək, demək gülməkdir.

- Pandemiya dövründə nələr etdiniz?

- Ailəmə, övladlarıma daha çox zaman ayrıdım, bu mənə xoş gəldi Amma teatr üçün darıxıram. Bu çətin günlər inşallah tez bitsin, bütün soydaşlarımıza bu dar günlərdə can sağlığı arzu edirəm

Söhbətləşdi : İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »