Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kamran Musayev: Azərbaycan koronavirusla mübarizədə model ölkə olaraq göstərilir - Video

Koronavirusla mübarizədə uğur qazanan və qazanmyan ölkələr arasında çox ciddi fərqlər var. Bu fərqlərdən birinci müəyyənləşdirici faktor məhz qabaqlayıcı tədbirlərin vaxtında və yerində alınmasıdır. Bu gün artıq Azərbaycan nəinki, koronavirusla mübarizədə uğurlu ölkədir, artıq ölkəmiz bu sahədə model ölkə olaraq göstərilir.

Bunu Trend İnformasiya Agentliyinin "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibəsində Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı Kamran Musayev deyib.

Onun sözlərinə görə, hansı ölkələr qabaqlayıcı tədbirləri vaxtında alıbsa, o ölkələr koronavirusla mübarizədə daha uğurlu olublar:

“Koronavirus infeksiyası başlayan ilk gündən etibarən bu məsələ Prezident İlham Əliyevin şəxsi nəzarəti altında idarə olunmağa başladı, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində bu gün artıq Azərbaycan koronavirusla mübarizədə uğurlu ölkələr siyahısındadır. Belə ki, biz bunu bütün dünyadakı ölkələrdə rast gəlinən xəstə sayı, ölüm halları və digər statistikalara əsasən baxıb və onların bir-biriləri ilə müqayisəsi zamanı görürük".

K.Musayev qeyd edib ki, ölkə başçısının bu məsələyə yanaşması, milli həmrəyliyimiz və karantin tədbirlərinin ciddiliyini qəbul edib, məsuliyyətlə davranmağımız qısa müddətdə bu mübarizədə hamılıqla qalib olmağımızı təmin edəcək. Ölkəmiz bu imtahandan da üzü ağ çıxacaq:

“Bu yaxınlarda keçirilən müşavirədə ölkə başçımız bildirdi ki, bizim üçün insanların sağlamığı ən əsas dəyərdir. İqtisadi fəallıqdan da, digər parametrlərdən də dəyərli olan, insanların sağlamlığıdır. Mənə elə gəlir ki, Prezindentimizin bu ifadəsi, elə ölkəmizin ümumi olaraq məsələyə və insan sağlamlığına yanaşmasını göstərir. Azərbaycanın koronavirusla mübarizədəki uğurunun da altında yatan əsas meyar məhz bundan ibarətdir”.

Baş həkim əlavə edib ki, tibbi cəhətdən də, səhiyyəmiz çox qısa müddətdə koronavirus pandemiyasına qarrşı tam hazır vəziyyətə gətirilib:

“Belə ki, ölkəmizdə lazımi və zəruri tibbi avadanlıqlar təmin edilib. Pandemiyanın qarşısının alınmasında bu xəstəliyin erkən diaqnostikası çox vacibdir. Onun üçün ölkəmizdə xüsusi tibbi laboratoriyalar quruldu ki, bu gün həm virusun diaqnostikasında, həm də qarşısının alınmasında əhəmiyyəti danılmazdır. Eyni zamanda ölkəmizin ən böyük xəstəxanaları pandemiya xəstələri üçün açılıb. O cümlədən bu yaxınlarda ölkə başçısı tərəfindən açılışı edilən ölkəmizin ən müasir və yeni klinikası da məhz pandemiya xəstələrinə ayrılıb. Təbii burada bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, ölkəmizdə bütün səhiyyə işçiləri hamısı ölkə başçısının rəhbərliyi ilə birləşdilər, həmrəy oldular və ölkəmiz artıq koronavirusla mübarizdə uğurlu ölkələrin sırasına daxil oldu. Bu gün artıq Azərbaycan nəinki, koronavirusla mübarizədə uğurlu ölkədir, artıq ölkəmiz bu sahədə model ölkə olaraq göstərilir”.

Son xəbərlər
Bütün xəbərlər »