Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan sağalan xəstələrdə yenidən virus aşkarlanır

Koronavirusdan sağalmış xəstələrin təkrar testi zamanı onlardan bir hissəsinin nəticəsi yenidən pozitiv çıxıb.

Bizimyol.info xəbər verir ki, Cənubi Koreyada koronavirusdan sağalanların arasında keçirilmiş təkrar test zamanı onlardan 163 nəfərdə yenidən virus aşkarlanıb və bu rəqəm artmaqda davam edir. Pandemiyanı əsasən nəzarət altına almağı bacaran Cənubi Koreyada bu vəziyyət rəsmi qurumları narahat etməyə başlayıb.

Məsələ ondadır ki, pandemiyaya əleyhinə faktorlardan biri olaraq məhz kütləvi immunitet gözdən keçirilir. Ehtimal olunur ki, dünyada əhalinin əsas hissəsi aşkar və ya gizli formada xəstəliyi keçirəndən sonra yoluxma zənciri qırılacaq və pandemiya tam olaraq dayanacaq. Amma sağalanların təkrar yoluxması bu ümidləri puça çıxara bilər.

Rəsmi məlumatlar olmasa da, Çində də eyni halların baş verdiyi bildirilir.

Bununla belə, vəziyyətlə bağlı ümidverici izahat da var. Bəzi mütəxəssislər hesab edirlər ki, sağalan xəstələrdə virusun qalıqları uzun müddət qala bilər və sonradan təkrar test zamanı nəticənin pozitiv olması mümkündür. Bu o demək deyil ki, həmin adamlar təkrar xəstələniblər. Sadəcə, virusdan 100 faizlik sağalma bir qədər gecikmiş ola bilər. Həmçinin bu qrupa aid şəxslərin virusu başqalarına ötürməsi barədə də sübutlar yoxdur. Hazıda belə virus daşıyıcıları ətrafdakılar üçün təhlükəsiz sayılır.

Çin alimi, respirator xəstəlikləri üzrə baş ekspert Zhong Nanshan da bildirib ki, bu nəticələr virus qalıqlarının əlamətidir və təhlükəsizdir: "Bu məsələ ilə bağlı o qədər də narahat deyiləm".

Son xəbərlər
Bütün xəbərlər »