Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın paytaxt turizm şəhərini ot basır

Roma dünyanın ən çox turist cəlb edən şəhərlərindəndir. İtaliya paytaxtı çox vaxt turist sayına görə hamını geridə qoyur. İndi isə şəhərin küçələrini ot basmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, İtaliyada sərt karantin rejimi davam edir. Azı mayın 3-nə qədər vəziyyətin dəyişməyəcəyi məlumdur. “Reuters”in paylaşdığı fotolarda Roma küçələrini ot basdığı görünür. Turist yoxluğu belə qəribə mənzərə yaradıb.

Agentliyin məlumatına görə, fotoların bir neçəsi Pyatsa Navona meydanında çəkilib. Adətən, burada turist əlindən tərpənmək olmurdu. İndi meydanda yalnız sahibsiz itlər gəzişir.

Venesiyada da oxşar vəziyyətdir. Küçələri ot basmasa da, su hövzəsi çox təmizlənib.

İtaliya hökuməti karantin rejiminin pozulmasına görə cərimələrin məbləğini artırıb. Qayda pozuntusuna görə əvvəlcə 400 avro cərimə nəzərdə tutulmuşdu. Məbləğ 3 min avroya çatdırılıb, üstəlik, italyanları beş il azadlıqdan məhrumetmə cəzası da gözləyə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, İtaliyada indiyə qədər 159 min 516 virus daşıyıcısı qeydə alınıb. İnfeksiyaya yoluxanların 20 min 465-i həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »