Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çernobılda yanğın növbəti partlayış təhlükəsi yaradıb

Ukraynalı yanğınsöndürənlər bir həftədən çoxdur Çernobılda yanğının qarşısını ala bilmir. Faciə zonasında çox təhlükəli vəziyyət yaranıb.

Bizimyol.info xəbər verir ki, yanğın Çernobıl Atom Elektrik Stansiyasında radioaktiv tullantıların yerləşdiyi anbara çatarsa, daha bir partlayış ola bilər. Yanğın artıq 1986-cı ildə böyük faciə yaşamış Pripyat şəhərinə çatıb. Şəhər həmin anbardan 2 kilometr uzaqlıqda yerləşir. Faciə zonasının idarə olunması üzrə dövlət agentliyinin ictimai şurasının üzvü Yaroslav Yemelyanenko deyib ki, alov məhz “Podlesnıy” anbarına doğru istiqamət alıb. Külək yanğının ora çatmasına çox kömək edir.

Yanğın Pripyat ətrafındakı bütün kəndləri sıradan çıxarıb. Radioaktiv şüalanma üzündən yaşıllığını itirən “Sarı-qırmız meşə” də od içindədir.

Ukrayna polisi yanğın törətməsi şübhəsi ilə bir nəfəri saxlayıb. 27 yaşlı ukraynalı əyləncə məqsədi ilə üç yerdə od qaladığını etiraf edib.

Çernobıl Atom Elektrik Stansiyasının dördüncü blokundakı partlayış 1986-cı il aprelin 26-da baş vermişdi. SSRİ hökuməti faciə qurbanlarının sayının iki rəqəmlə ifadə olunduğunu iddia edirdi. Amma Çernobıl faciəsi zamanı minlərlə insanın tələf olmasına dair faktlar var.

Son xəbərlər
Bütün xəbərlər »