Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampa ÜST-ə alternativ qurum yaratmaq təklif edildi

Ağ Ev rəsmiləri ABŞ Prezidenti Donald Trampa Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ yaratmağı təklif edirlər.

Bu barədə "Politico" nəşri məlumat yayıb. Alternativ qurumun Birləşmiş Millətlər Təşkilatının HİV və QİÇS üzrə birgə proqramının - UNAİDS-in əsasında yaradılması nəzərdə tutulur.

Bu qurum 1990-cı illərin ortalarında ÜST-nin QİÇS problemini həll etməsindən narazı qalındığı üçün yaradılıb.

Bu cür fikirlər Ağ Evin bəzi işçiləri, o cümlədən ABŞ Milli Təhlükəsizlik Şurasının üzvləri tərəfindən irəli sürülür. Həmin şəxslərin bir çoxu Çinə qarşı sərt siyasət aparır.

Daha əvvəl D.Tramp koronavirusla bağlı vəziyyətdə uğursuz qərarlarln qəbulu səbəbilə ÜST-nin maliyyələşdirilməsinin dayandırılacağının mümkünlüyünü bildirmişdi.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »