Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evdə qalıb yaradıcılıqla məşğul omaqla qazanmaq şansı yaranıb

Milli Məclisin Gənclər və İdman Komitəsi Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" portalının elan etdiyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsə qoşulub. Artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə bu təşəbbüsünə qoşulub.

Bu barədə Milli Məclisin vitse-spikeri Adil Əliyev məlumat verib.

Bizimyol.info-nun Adil Əliyevə istinadən məlumatına görə, təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaq.

“Milli Məclisin Gənclər və İdman Komitəsi Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" portalının elan etdiyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə dəstək verərək yaradıcı bacarığı və xüsusi istedadı olan gəncləri bu aksiyaya qoşulmağa dəvət edib.

Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, "Kreativ Azərbaycan" portalının "Facebook" səhifəsini posta işarələməklə paylaşır. Həmçinin, yaradıcılığı ilə virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirir”,- deyə deputat qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »