Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda qadının evindən pul oğurlayan şəxs tutuldu

Bakıda evdə oğurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə aprelin 8-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazsində qeydə alınıb.

Belə ki, naməlum şəxs qəsəbə sakini olan qadına məxsus evdən 200 manat pul oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, 1998-ci il təvəllüdlü K.Zeynallı müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »