Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da son sutkada 2 000-ə yaxın insan koronavirusdan öldü

ABŞ-da son sutkada 1 918 nəfər pandemiyanın qurbanı olub.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12 911-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 450 000-i ötüb. Bunların 309 358 nəfəri sağalıb, 83 476 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »