Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Səudiyyə Ərəbistanı neft məsələsində yenə dil tapa bilmədi

Martın 6-da Rusiya ilə Səudiyyə Ərəbistanının neft hasilatının azaldılmasında ortaq məxrəcə gəlməməsi bazarda böyük dəyişikliyə səbəb oldu. Qiymətlər azı iki dəfə aşağı düşdü.

Bizimyol.info xəbər verir ki, Rusiya və Səudiyyə Ərəbistanı yenə neft məsələsində dil tapa bilməyib. “Ria Novosti”nin yazdığına görə, danışıqlar ərəblər üzündən uğursuz alınıb. Səudiyyə Ərəbistanı Rusiyanın şərtləri ilə razılaşmayıb. Ruslar bir növ yanvardakı situasiyaya qayıtmağın tərəfdarıdır. Bunun üçün Səudiyyə Ərəbistanı gündəlik hasilatı azı 3 milyon barel azaltmalıdır. Asiya dövləti ən yaxşı halda 300 min barel azalmanı müzakirə etməyə hazırdır. Heç tərəflərin ayrı-ayrılıqda 10 milyonm barellik hasilatla kifayətlənməsi də danışıqların əsas predmetinə çevrilə bilməyib.

“Bloomberg” buna qədər yazırdı ki, Səudiyyə Ərəbistanı 3, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və İraq isə 1,5 milyon barel azalmaya gedəcək. Amma görünən odur ki, tezliklə belə razılıq əldə olunmayacaq. Digər tərəfdən Rusiyanın ərəblərdən ABŞ-ı razı salmaq istəyi də alınana oxşamır. ABŞ prezidenti Donald Tramp açıqca deyir ki, əvvəlcə bu tərəflər razılığa gəlməlidir, sonra rəsmi Vaşinqton sözünü deyəcək.

İndi Səudiyyə Ərəbistanı gündəlik təxminən 12 milyon barel neft hasil edir. “Brent” markalı neftin bazar dəyəri 33 dollar civarındadır. Martın 6-na qədər isə qiymət 53 dollara qədər düşmüşdü.

Son xəbərlər
Bütün xəbərlər »