Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti 4 m² sahədə və ev əşyaları qismən yanıb.

Bizimyol.info xəbər verir ki, FHN-in mətbuat xidmətindən verilən məlumata görə, yüksək temperaturdan otağın pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »