Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ: "Taliban zorakılığa son qoymalıdır!"

Taliban zorakılığa son qoymalıdır.

Bu sözləri ABŞ-ın Əfqanıstadakı hərbi qüvvələrinin sözçüsü Sonni Leqqet Talibanın ittihamlarına cavabında deyib.

O bildirib ki, zorakılığın dayandırılması əfqan xalqının tələbidir:

“Əfqanlara uyğun olacaq müqavilə ilə bağlı irəliləyiş əldə olunmalıdır. Bütün tərəflər koronavirusla mübarizəyə köklənməlidir”.

Qeyd edək ki, bu ilin fevralın sonunda Qətərdə ABŞ və Taliban razılaşma imzalamışdılar. Razılaşmaya əsasən, ABŞ 14 ay ərzində öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarmalı idi.

Taliban isə bu günlərdə ABŞ-ı razılaşmanı pozmaqda ittiham edib. Belə ki, Taliban həbsdə olan 5 min talibin azad olunması prosesinin ləngidildiyini bildirib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »