Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda xeyirxah təşəbbüs: Ehtiyacı olan şəxslər üçün çörək pulsuzdur - Video

Xəbər verildiyi kimi, mart ayının 24-dən aprel ayının 20-dək Azərbaycan ərazisində xüsusi karantin rejimi elan edilib.

Koronavirus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədə əksər iş yerləri bağlanıb. Sahibkarların bəziləri işçilərini ixtisar etdilər.

Bizimyol.info xəbər verir ki, karantin vəziyyətində Bakıda marketlərdən biri xeyirxah təşəbbüs göstərib.

Belə ki, market ehtiyacı olan şəxslər üçün çörəyi pulsuz edib.

Xatırladaq ki, Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qərarə əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiq edilib.

Son xəbərlər
Bütün xəbərlər »