Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim koronavirusun orqanizmdə inkişaf eməsindən və öldürməsindən danışdı

“Əgər bəzilərində koronavirus özünü yüngül göstərirsə, bir çoxlarında bu özünü kəskin göstərir. Koronavirus ağ ciyərlərdə həmişə çox dərinə daxil olmur. Amma əgər daxil olursa bu çox ağır nəticələ verə bilər. Pasient süni ventillyasiya aparatına qoşulsa və 100 faiz oksigen verilsə də qanda oksigenin normal səviyyəsini saxlamaq mümkün olmur”.

Bizimyol.info xəbər verir ki, bu məlumatı Orxuss Universitetinin müəllimi, infeksion xəstəliklər üzrə mütəxəssis Kristian Vayse paylaşıb. O, virusun mərhələli inkişaf xəttindən danışıb.

“Virus bədənin hüceyrələrini özü üçün işləməyə məcbur edir.Xəstəlik daşıyan damlalar ağız, burun və göz vasitəsilə bədənə daxil olduqdan sonra virusun hissəcikləri nəfəs yollarındakı epitelila hüceyrələrə daxil olur və virusun çoxlu surətləri yaranmağa başlayır. Onların vəzifəsi immunitetin onları tapıb məhv edəcəyi zamana qədər orqanizmə maksimal dərəcədə yayılmaqdır.

İmmunitetin vəzifəsi ağ ciyərlərin dərinliytindəki hüceyrələrə virusun daxil olmasının qarşısını almaqdır.Məhz o zonada virus böyük ziyan vura bilir.Çağırılmamış qonağı görəndə immunitet həyəcan çalır və zərər görmüş hüceyrələri siqnal maddəsi olan interferon hasil etməyə cəlb edir.Bu zülal xüsusi müdafiə hüceyrələrini virusdan zərəçəkmiş digər “qardaşlarını” qorumağa proqramlaşdırır.İnterferon virusa bütün ağ ciyərin yoluxmasının qarşısını alır.

Koronavirus Koronavirusun forması

Məhz buna görə baş ağırısı, temperatur və öskürək yaranır.Əgər immunitet koronavirusun hissəciklərinə üst nəfəs yollarında qalib gələ bilirsə, xəstə yüngül simptomlarla: temperatur, quru öskürək və baş ağrısı ilə canını qurtarır.

Öskürək virusun üst nəfəs yollarını tutduğu zaman başlayır. Virus burundan daxil olubsa burun axması, bəlğəm yaranır”.

Kristian Vaysenin sözlərinə görə bəlğəm immunitetin məhv etdiyi hüceyrələrdir.

“İmmunitet interferon hazırlayanda qızdırma qalxır. Qızdırma qalxınca beyinə qan axımı sürətlənir və bu baş ağrısına səbəb olur.Bu adətən 4-6 gün davam edir, həkim yardımına gərək duyulmur.

İnterferon bütün zədəli hüceyrələri məhv etdikdən sonra temperatur düşür və bununla da əksər xəstələrdə sağalma başlayır.

Xəstəlik daha ciddi mərhələyə girincə nə olur?

Lakin bir çoxlarında COVİD-19 bununla bitmi.Virus ciddi şəkildə orqanizmi məğlub edirsə, kəskin respirator sindrom yaranır.Bu çox ciddi pnevmoniyadır. Toxumalarda o qədər maye toplanır ki, oksigen qana daxil ola bilmir.

Bu ona görə baş verir ki, immunitet virusla mübarizə apara bilmir ya da onu ümumiyyətlə tapa bilmir.Nəticədə viruslar alveola daxil olurlar. Alveol ağciyərlərdəki kanalların sonunda xırda kisəciklərdir.Aldığımız hava ona daxil olur. Alveollar orqanizmi oksigenlə təmin edir. Diffuziya prosesini qurur. Virus alveola çatanda immunitet artıq onu görə bilir bu zaman diffuziya prosesi pozulmuş halda olur.

İnsan nəfəs almaqda çətinlik çəkir, boğulur.Eyni zamanda virus ağciyər toxumalarının qıcıqlanmasına və iltihabına səbəb olur. Alveolların ətrafındakı kapilyarlar o qədər zərifdir ki onlar çatlayır, iltihab nəticəsində yaranmış maye alveollara dolunca nəfəsalma daha da çətinləşir və hətta süni nəfəa aparatı ilə belə boğulmalar olur.Bədən hüceyrələri oksigen ala bilmir, iltihab bütün bədənə yayılır və immunitet mübarizəni dayandırısa insan ölür”,-deyə mütəxəssis qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »