Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik faktiki hava durumunu açıqladı

Gözlənildiyi kimi, aprelin 2-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Deportamenti məlumat verib.

Düşən yağıntının miqdarı Şərurda 6 mm, Ordubad, Sədərəkdə 5 mm, Naxçıvanda 4 mm, Ağdam, Altıağac, Neftçalada 3 mm, Balakən, Oğuz, Şamaxı, Mərəzə, Beyləqan, Salyan, Biləsuvar, Yardımlı, Astara, Şahbuzda 2 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Xınalıq, Şabran, Şahdağda 1 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Maştağada 4 mm, Bakı, Zabratda 3 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-ə çatıb.

Sumqayıt, Göygöl, Naftalan, Xaçmaz, Quba, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi arabir Naftalan, Gəncədə 18 m/s, Salyanda 17 m/s, Şərur, Şəmkirdə 16 m/s-dək güclənib.

Aprelin 1-də temperatur Bakıda iqlim normasından 6 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-20, Aran rayonlarında 18-23, dağlıq rayonlarda 13 dərəcəyədək isti, Naxçıvan MR-da 12-19 dərəcə isti olub.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »