Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəndlilər virusdan qorunmaq üçün kəndin girişinə qapı qoydular - Video

Türkiyənin Rizə şəhərinin kəndlərindən birində sakinlər özünəməxsus karantin formatı yaradıblar. Onlar kəndin girişinə xüsusi qapı qoyublar.

Bizimyol.info xəbər verir ki, Rizənin Aşıqlar kəndinə daxil olmaq üçün eni 3, hündürlüyü 4 metr olan qapıdan keçmək lazımdır. Burada kənd camaatı gələn qonaqları xüsusi nəzarətdən keçirir. Hərçənd, Aşıqlara gələn jurnalistlər içəri kənar adamların buraxılmadığını öyrəniblər. Qapıda dayanan kənd sakini Zeynel Eskici risk etmək istəmədiklərini söyləyib. Onun sözlərinə görə, kənddə karantin qaydalarına ciddi riayət edirlər, yaşlıların çölə çıxmasına icazə vermirlər. Amma yaşı 65-i ötmüş şəxslərin ehtiyacını ödəmək üçün əllərindən gələni də əsirgəmirlər.

Kənd sakinlərinin bir neçəsi mətbuat üçün birlikdə şəkil çəkdirsələr də, içəridə belə davranmadıqlarını deyiblər. Onların sözünə görə, bir yerə toplaşmırlar, küçədə məsafə saxlayaraq gəzirlər.

Son xəbərlər
Bütün xəbərlər »