Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da virusa yoluxanların sayı 150 mini ötdü

İtaliyada, İspaniyada koronavirusla bağlı vəziyyətin ağır olması haqda çox danışılır. Hərçənd, məhz ABŞ-da fantastik rəqəmlər qeydə alınır.

Bizimyol.info xəbər verir ki, bu ölkədə virusa yoluxanların sayı 150 mini ötüb. Bu dəqiqələrə qədər sutka ərzində 9140 nəfərin koronavirus testinin müsbət nəticə verdiyi bildirilir. Beləcə, ümumi say 152 min 631-ə çatıb.

İndiyə qədər ABŞ-da koronavirusdan 2817 nəfər ölüb. Bu gün yalnız 234 ölüm xəbəri gəlib.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 760 mini keçib. Təxminən 160 min nəfərin sağaldığı, 36,8 min xəstədən çoxunun həyatını itirdiyi bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »