Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində koronavirusun ortaya çıxdığı heyvan bazarı yenə işə başladı

Koronavirusun Çinin Vuhan şəhərindəki heyvan bazarından yayılmağa başlaması təsdiqini tapıb. Keçən ilin dekabrın 11-də virusun bir qadında aşkar olunduğu açıqlanmışdı.

Bizimyol.info xəbər verir ki, Çində koronavirusun ortaya çıxdığı heyvan bazarı yenə işə başlayıb. “Daily Mail” bu haqda yazı hazırlayıb. Yazıda bildirilir ki, ölkənin müxəlif yerlərində heyvan bazarları fəaliyyətini bərpa edib. Bu bazarlarda yenə təhlükə mənbəyi sayılan yarasa satıldığı bildirilir.

“Daily Mail”in müxbiri Quilin şəhərində piştaxtada yarasanı öz gözləri ilə gördüyünü qeyd edir. Bundan başqa, satışa ilan, əqrəb də çıxarılıb.

Qəzet belə məhsulların virus mənbəyi olduğunu yazır. Çinin belə bəladan sonra heyvan bazarlarını açması tənqid olunur.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, koronavirus Çindən dünyaya yayılmağa başlayıb, indiyə qədər təxminən 742 min nəfərdə aşkar olunub. Rəsmi rəqəmlər epidemiyanın 35 min 337 nəfərin həyatına son qoyduğunu deyir.

Son xəbərlər
Bütün xəbərlər »