Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
57 saylı marşrut avtobusları koronavirusa meydan oxuyur - Foto

Bütün dünya koronavirus xəbərləri ilə çalxalanır. 57 saylı marşrut xətti də çalxalanır, amma həyəcandan yox, avtobusları sınıq-salxaq olduğu üçün.

Bütün avtobus xətlərində bu günlərdə rast gəlinən dizenfeksiya məhlulu barədə burada danışmağa dəyməz, yerli-dibli yoxdur, ümumiyyətlə, belə bir aksiyanın gedişindən də xəbərləri yoxdur. Olsa, nə olacaq? Bu köhnə, natəmiz, qapısı, pəncərəsi, oturacaqları əsən avtobusların özü elə virus yuvasıdır.

Hazırda Azland Plaza-nın istismarında olan xətt Qaraçuxur xəsəbəsindən Nobel prospektinə qədər (Həzi Aslanov qəsəbəsi də daxil olmaqla) geniş bir ərazini əhatəsinə alsa və yetərli qədər qazanc götürsə də, xidmətin keyfiyyəti artırılmır ki, artırılmır. Bizimyol.info-olaraq dəfələrlə demişik, yazmışıq. Amma sanki fözqəlgücə sahibdirlər ki, aparılan islahatlar onların vecinə olmur. Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevə müraciət etdik.

Avtobus

“Hazırda əsas diqqət əksepidemik işlərə yönəldilib. Xətdəki avtobusların dezinfeksiya olunması və qabların qoyulması ilə bağlı göstəriş verilib. Bir az səbrli olun. Bütün xətlərdə yeniliklər olur. Bu xətdə də olacaq,- deyə Mais Ağayev bildirdi.

Xətdə dezinfeksiya işlərinin aparıldığını söylədi. Çox sevindik. Əks halda inanacaqdıq ki, bu avtobusa koronavirus girmir ki, bu qədər rahatdırlar.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »