Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində daha 4 türk virusdan öldü

Türkiyədə koronavirusdan həyatını itirənlərin sayı 37-ə çatıb. Amma ölkədən kənarda ölən türkiyəli də az deyil.

Bizimyol.info xəbər verir ki, bu gün Fransada daha 4 türk virusdan həyatını itirib. Ümumi say 14-ə çatıb.

Son məlumata görə, Fransada cəmi 860 şəxs koronavirusun qurbanı olub. Yoluxma sayı 20 minə çatıb.

Bundan əvvəl Böyük Britaniyadan, Belçikadan türk əsilli insanın ölüm xəbərləri gəlmişdi. Belçikanın Genk şəhərində virusa yoluxanların yarıdan çoxunun türk olduğu bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, indiyə qədər 402 mindən çox virus daşıyıcısı qeydə alınıb. Koronavirus 17 min 507 nəfərin həyatına son qoyub.

Son xəbərlər
Bütün xəbərlər »