Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ötən gün Çində koronavirusa yoluxanların və ölənlərin sayı açıqlanıb

Ötən sutka ərzində Çində koronavirus səbəbindən 9 nəfər ölüb, 39 nəfərin isə bu virusa yoluxduğu qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, ötən gün bu ölkədə 459 nəfər xəstəlikdən sağalıb.

Bildirilir ki, Çində COVID-19-a yoluxanların ümumi sayı 81 min 93 nəfərə çatıb, 3270 nəfər həyatını itirib, 72 min 703 nəfər isə sağalaraq xəstəxananı tərk edib.

Qeyd edək ki, dəhşətli virusla bağlı ilk hadisə Çinin Uxan şəhərində qeydə alınıb. İnfeksiyanın yayılma riski ilə əlaqədar hökumət sözügedən yaşayış məntəqəsində karantin elan edərək giriş-çıxışı bağladı, sonra analoji tədbirlər digər əyalət və şəhərdə görüldü.

Son xəbərlər
Bütün xəbərlər »