Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda azərbaycanlıların yaşadığı iki rayonda karantin elan olunub

Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi və Marneuli rayonlarında hökumət karantin rejimi tətbiq edildiyini elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria gecə saatlarında keçirdiyi brifinqdə bəyan edib. Karantin koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə elan edilib.

Baş nazir bildirib ki, bu gündən etibarən Marneuli və Bolnisi bələdiyyələrinə giriş-çıxış məhdudlaşdırılacaq, bütün ictimai-iaşə müəssisələri bağlanacaq, yalnız aptek və xəstəxanalar, ərzaq mağazaları və digər vacib infrastruktur obyektləri fəaliyyət göstərəcək.

Qeyd olunub ki, həmin bölgələrdə koronavirusa yoluxma halları müşahidə olunub.

Karantinə ölkənin Daxili İşlər Nazirliyi nəzarət edəcək.

Son xəbərlər
Bütün xəbərlər »