Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada koronavirusa yoluxanların sayı artıb

Almaniyada son bir gündə 1948 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumilkdə yoluxma sayı 18 min 600-dən çoxdu. Ölənlərin sayı isə 55 nəfərdir.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyada koronavirusla bağlı gündəlik hesabat hazırlayan “Robert Koch” İnstitutunun məlumatında bildirilib.

“Focus” onlayn portalının bazaar günü axşam yaydığı məlumatda isə ölkə üzrə yoluxanların ümumi sayı 24 min 819 nəfər göstərilib. Bildirilib ki, koronavirusdan 93 nəfər ölüb, 266 nəfər isə sağalıb.

Xatırladaq ki, ötən gün Almaniya Səhiyyə Nazirliyi “Robert Koch” İnstitutunun hesabatı ilə mətbuatın yaydığı rəqəmlər arasındakı fərqə aydınlıq gətirmişdi. Bildirilib ki, instituta regionlardan məlumatların daxil olması və onların ümumiləşdirilməsi vaxt apardığından rəqəmlərin anında açıqlanmasında “gecikmələr” olur.

Son xəbərlər
Bütün xəbərlər »