Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: “Sunna Evarsdottir Azərbaycanla hədə və təhdid dilində danışa bilməz”
Hikmət Hacıyev -0-00-00-0

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Sunna Evarsdottirin Azərbaycanla bağlı qərəzli bəyanatına münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, Hikmət Hacıyev deyib ki, sözügedən şəxs öz mandatını aşaraq Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirməklə ölkəmizi hədələmək və vəzifəsindən ölkəmizə qarşı hücumlar üçün sui-istifadə etmək yolunu tutub.

“Vurğulamaq istərdim ki, Azərbaycan tərəfi S.Evarsdottir ilə konstruktiv əməkdaşlıq üçün şərait yaratmış və onun 2019-cu ildə məruzəçi qismində ölkəmizə səfəri həyata keçirilmişdir. Təəssüf edirik ki, S.Evarsdottir Azərbaycanın bu xoş münasibətini düzgün qiymətləndirə bilmədi və fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ərəfəsində onun verdiyi bəyanatlar qərəzli münasibətin bariz nümunəsidir. S.Evarsdottirin bu qeyri-etik açıqlaması məzmunca əsassız, mahiyyətcə qərəzli, tərz etibarilə isə tamamilə qəbuledilməzdir. S.Evarsdottir anlamalıdır ki, Azərbaycanla hədə və təhdid dilində danışa bilməz”, - deyə Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi vurğulayıb ki, AŞPA-da Azərbaycanı hədələməyə çalışan və ölkəmizə qarşı fəaliyyət göstərən qərəzli qüvvələr həmişə mövcud olub. Lakin onlar heç vaxt öz çirkin məqsədlərinə nail ola bilməyib və siyasi səhnədən silinib gediblər. Onların uğursuz siyasi aqibəti S.Evarsdottir üçün də dərs olmalıdır.

Paylaş »
››› Rayonlara gediş-gəliş bərpa olunacaq - Yeni qaydalar tətbiq ediləcək
››› Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”
››› Siyahıdakı yerlərdə maska taxmayanlar bu gündən cərimələnəcək
››› Şənbə-bazar günləri kimlər bayıra çıxa bilər... - Rəsmi açıqlama
››› 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - Video
Son xəbərlər
Bütün xəbərlər »