Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlını virus bəhanəsi ilə Gürcüstana buraxmadılar

Gürcüstanda koronavirusa yoluxanların sayı artır. Qonşu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, daha 8 nəfərdə virus aşkarlanıb. Beləcə, ümumi say 23-ə çatıb.

Bizimyol.info xəbər verir ki, azərbaycanlını virus bəhanəsi ilə Gürcüstana buraxmayıblar. Azərbaycan vətəndaşı özü bu haqda “Facebook”da yazıb. Polşadan gələn Cəmilə Mehdiyeva Kutaisi hava limanından geri qaytarılıb. Azərbaycanlı xanım buradan Tbilisiyə getməli, sonra Bakıya uçmalıymış. O, gürcülərin virusu bəhanə etdiyini yazır. Halbuki Cəmilə Mehdiyeva yüksək temperaturu olmadığını, ümumiyyətlə, özünü yaxşı hiss etdiyini bildirir.

Azərbaycanlı xanım onunla yaxşı davranılmadığını qeyd edir. Cəmilə Mehdiyeva indi Polşanın Vrotslav şəhərindədir. “Facebook”da status yazan xanım sosial şəbəkədəki dostlarından necə davranmalı olması barədə məsləhət istəyib: “Tbilisi-Bakı biletim yandı. Vrotslava öz hesablarına göndərdilər. Sabah buradan başqa şəhərə, ordan isə Bakıya getməliyəm. Otel xərcləri, bu iki biletin xərclərini kim çəkməlidir? Bu qədər xərcləri kim qarşılamalıdır?”

Cəmilə Mehdiyeva polşalılardan razılıq edib. Vrotslav hava limanındakı sərhəd xidmətinin əməkdaşlarının ona kömək üçün əlindən gələni etdiyini yazıb.

Son xəbərlər
Bütün xəbərlər »