Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın qeyri-ərzaq məhsullarının texniki reqlamentləri hazırlanır

Azərbaycanda yerli qeyri-ərzaq məhsullarının texniki reqlamentləri hazırlanır.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, bu reqlamentlər Türkiyə təcrübəsi ilə birləşəcək ki, bu da dolayı yolla Avropa təcrübəsinin tətbiqi deməkdir: "Azərbaycanın qeyri-ərzaq məhsulları Avropa bazarlarına ixrac edilərkən onların texniki reqlamentləri bu bazarlara daha rahat və keyfiyyətli şəkildə daxil olmağa imkan yaradacaq. O cümlədən könüllü standartlar da, Türkiyə təcrübəsi və dolayı yolla Avropa təcrübəsi ilə uyğunlaşdırılması yerli məhsulların Avropa bazarlarına çıxarılmasına müsbət təsir göstərəcək".(apa)

Son xəbərlər
Bütün xəbərlər »