Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: “Mitinqlərdə qanuna riayət etmək lazımdır”

“Mitinqlərin iştirakçıları ictimai aksiyaların keçirilməsi qaydalarına riayət etməlidir. Əks təqdirdə vəziyyət küçə iğtişaşları ilə nəticələnə bilər”.

Bunu Rusiya Prezidenti Vladimir Putin TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, hər kəsin, o cümlədən hakimiyyət tərəfdarlarının və müxaliflərin riayət etməli olduğu qaydalar var.

“Qanun var və qanuna riayət etmək lazımdır. Biz nə istəyirik? İstəyirik ki, küçələrdə avtomobilləri yandırsınlar? Əgər reaksiya verməsək, yandıracaqlar. Vitrinləri dağıdacaqlar və bundan insanlar əziyyət çəkəcəklər. Qanun ictimai aksiyaların köməyi ilə öz fikrini deməyə icazə verir. Bunun üçün ancaq icazə almaq lazımdır”, - deyə V. Putin qeyd edib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »