Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə daha 11 şəxs yerləşdirilib.
Bu barədə xəstəxanadan məlumat verilib.
Bildirilib ki, hazırda bu cür pasiyentlərin ümumi sayı 21 nəfər təşkil edir, 5 şəxslə bağlı müvafiq yoxlama aparılıb və onlarda koronavirus təsdiq olunmayıb.
Digər pasiyentlərlə bağlı araşdırmaların nəticələri bu gün və ya sabah məlum olacaq. (Report.az)