Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Səfir: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
Erkan Özoral

“Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanın Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında 14 sənəd imzalanıb".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O, səfərin faydalı olduğunu bildirib: “Bilirsiniz ki, Prezident Rəcəb Tayyip Ərdoğan Azərbaycana Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısı çərçivəsində səfər etmişdi. Bu toplantıda keçmişi dəyərləndirərək gələcəkdə hansı işlərin görülməli olduğu müzakirə edildi".

Səfir iki ölkə prezidentlərinin görüşü çərçivəsində əlaqələrin hərtərəfli inkişafı üçün bundan sonra görülməsi zəruri olan işlərin müzakirə edildiyini vurğulayıb: "Biz Türkiyə olaraq, bu səfəri çox yüksək dəyərləndiririk və Azərbaycanın da eyni mövqeyə sahib olduğunu düşünürük”.(apa)

Paylaş »
››› Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiyada dəhşətli qətl: 5 nəfər səs-küy saldıqlarına görə güllələndilər
Son xəbərlər
Bütün xəbərlər »