Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan Azərbaycana gələn 23 nəfər karantinə alındı

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək. Onların əksəriyyəti İrana ziyarətə gedənlərdir", - məlumatda qeyd olunub.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarına məsələyə həssas yanaşmağı, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Qeyd edək ki, bununla da Azərbaycanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 31-ə çatıb. Bunlardan 6-sı 1 saylı Kliniki Tibbi Mərkəzdə, 2-si isə xüsusi ayrılmış tibb müəssisəsində həkim nəzarətindədir. (Report.az)

Paylaş »
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Türkiyənin Qarabağda Birgə Mərkəzdə işi nədən ibarət olacaq... - Açıqlama
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
››› Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir...
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
Son xəbərlər
Bütün xəbərlər »