Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana gələn İran vətəndaşı xəstəxanaya yerləşdirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatı yayıb.

Bizimyol.info xəbər verir ki, məlumatda Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, fevralın 24-də yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

“Onlar 1995-ci il təvəllüdlü Azərbaycan və 1998-ci il təvəllüdlü İran vətəndaşlarıdır. Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstələrin insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir”,- deyə məlumatda bilidirilib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »