Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərhədi SSRİ pasportu ilə keçmək istədi

Ukrayna sərhədçiləri maraqlı hadisə ilə qarşılaşıblar. Moldovadan gələn bir kişi sərhədi SSRİ pasportu ilə keçmək istəyib.

Bizimyol.info xəbər verir ki, ukraynalı sərhədçilər sovet imperiyasının şəxsiyyəti təsdiq edən sənədi ilə gələn moldovalını ölkəyə buraxmayıblar. Odessa vilayətindəki “Kuçurqan” buraxılış məntəqəsinə yaxınlaşan kişi maneə ilə qarşılaşanda özündən çıxıb. O, sərhədçilərin hərəkətini qanunsuz adlandırıb. “Sovet adamı” onlara SSRİ tərəfə keçməyi məsləhət görüb. Qeyri-adi davranış göstərən adama üç il Ukrayna ərazisinə daxil olmaq qadağan edilib.

Ümumiyyətlə, bu postsovet ölkəsində SSRİ rəmzlərinə çox ciddi yasaqlar var. Bütün sovet rəmzləri yığışdırılır, imperiyaya eyham vuran hər addım qanunla tənzimlənir. Bu yaxınlarda Odessa vilayətində Vladimir Leninin heykəllərindən birinin qaldığı deyilirdi. Yerli orqanlar həmin heykəlin axtarışına çıxmışdı.

Son xəbərlər
Bütün xəbərlər »