Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bakıda bir nəfərdə koronovisrus aşkarlanıb” - İddia

Bizimyol.info-ya Bakı şəhərində bir nəfərdə koronavirus aşkarlanması barədə məlumat daxil olub. Verilən məlumata görə, həmin şəxsin 16 yaşı var və bu günlərdə ailəsi ilə birlikdə Yaponiyada səfərdə olub. Onun hazırda özəl xəstəxanalardan birində müalicə üçün karantin altına alındığı bildirilir.

Əldə etdiyimiz məlumata görə, xəstə Elnur Eldaroğlunun fitoterapiya üzrə ixtisaslaşmış xəstəxanasına yerləşdirilsə də, qanı analiz edilmək üçün başqa bir xəstəxanaya göndərilib.

İlkin nəticələr koronovirusdan şübhələnməyə əsas verib.

Lakin xəstənin dərhal özəl xəstəxanadan çıxarılıb dövlət xəsətəxanalarından birinə yönləndirildiyi qeyd edilib. Məlumatda həmçinin ilkin diaqnozun son diaqnozla uyğun olmaya biləcəyi də qeyd edilib. Çünki koronavirusun diaqnozu dərhal qoyulmur və bir neçə saat ərzində bunu müəyyən etmək imkansızdır.

Koronavirusun aşkarlanması yalnız PSR analizi vasitəsilə mümkündür, bu da yüksək texnoloji avadanlıqlar tələb edir. Hər xəstəxanada bu kimi analiz aparmaq imkanı yoxdur.

Son xəbərlər
Bütün xəbərlər »