Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koronavirus neftin qiymətinə "donuz qripi"ndən daha çox təsir edib
korona-virus - neft

Koronavirus 2003-cü ildən etibarən epidemioloji vəziyyətə görə neftin ən çox ucuzlaşmasına səbəb olan xəstəlik kimi qeydə alınıb. Bu göstərici üzrə koronavirus 2009-cu ildəki “donuz qripi”ni geridə qoyub.

Rusiya Mərkəzi Bankı aylıq hesabatında verdiyi məlumata görə, koronavirusla bağlı vəziyyətin ən kəskin inkişafı dövründə neftin qiyməti 17% azalıb. Bu, 2009-cu ilin iyun ayında “donuz qripi” səbəbindən neftin qiymətlərinin azalmasından 2 faiz bəndi çoxdur. Fevral ayının əvvəlində Çində sürətlə yayılan koronavirusa görə bu ölkədə neftə tələbat 20% azalıb, bu isə “Brent” markalı neftin qiymətini son bir ilin minimumuna endirdi.

Xəstəliyin tüğyan etməsi səbəbindən neftin bundan daha çox ucuzlaşması 2003-cü ilin fevral-mart aylarında müşahidə olunan kəskin tənəffüs yollarının ağır kəskin sindromunun (SARS – "bənövşəyi ölüm", atipik pnevmoniya) yayılması zamanı qeydə alınmışdır. Həmin dövrdə neft 31% ucuzlaşmışdı.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir bareli 54,05 dollara ticarət olunur.

Paylaş »
››› Etirazçılara zor tətbiq edən polislərə qarşı cinayət işi açıldı
››› Amerikalı professordan Paşinyana sərt cavab
››› “Fəzail Ağamalı hakimiyyəti təhdid edir”- deputatlığa namizəd
››› Münhen debatı karikaturalarda - Fotolar
››› Azərbaycana idxal edilən tütün məmulatları ilə bağlı yeni qərar
Son xəbərlər
Bütün xəbərlər »