Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” barədə seminar-məşğələ keçirilir
DGK

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nın “Gömrük-sərhəd keçid məntəqələrində gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış qaydaları üzrə maarifləndirmə işlərinin aparılması” barədə 5.2-ci bəndinin icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsində bir sıra tədbirlər həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlimat verib.

Bu məqsədlə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” barədə seminar–məşğələlərin keçirilməsi haqqında” 1 fevral 2020-ci il tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə 10 fevral 2020-ci il tarixdən 23 may 2020-ci il tarixədək Komitənin aparatının struktur bölmələrində və Komitənin sisteminə daxil olan qurumlarda, o cümlədən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi aparatının struktur bölmələrində və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan qurumlarda xidmət edən gömrük orqanı əməkdaşlarına “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” barədə seminar-məşğələlər keçirilməsi qərara alınıb.

Fevralın 10-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Komitənin aparatının struktur bölmələrində xidmət edən əməkdaşlar üçün “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” barədə seminar–məşğələyə start verilib.

Seminar–məşğələnin keçirilməsində əsas məqsəd gömrük orqanı əməkdaşlarına xidmətdə və xidmətdənkənar vaxtlarda, o cümlədən gündəlik həyatda davranış qaydalarının, əxlaqi prinsiplərin, etik davranış normalarının, şəxsi məsuliyyət, qanunlara riayət edilməsi, özünə və başqalarına münasibət prinsiplərinin, ictimaiyyətlə münasibətdə etik və digər məsələlərin həllinə dair vəzifələrin aşılanması, daha da inkişaf etdirilməsi və şəxsi heyətlə işin gücləndirilməsidir.

DGK

Tədbirdə çıxış edən Komitənin Daxili Təhlükəsizlik İdarəsinin rəsi Rəşad Zalov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan genişmiqyaslı islahatlardan, əldə olunan nailiyyətlərdən bəhs edib, bu inkişafa mane olan bütün neqativ hallara qarşı mübarizə işinin tamamilə yeni səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb. İdarə rəisi təəssüflə qeyd edib ki, bəzən görülən müsbət işlərə kölgə salan məqamlar da olur. Ötən il ərzində hüquqi və fiziki şəxslərdən Daxili Təhlükəsizlik İdarəsinə daxil olan müraciətlərin araşdırılmasının nəticələrinə görə 28 gömrük orqanı əməkdaşının intizam məsuliyyətinə cəlb edildiyini qeyd edən Rəşad Zalov, gömrükçülərə bundan sonra vətəndaşlarla ünsiyyətdə daha da diqqətli olmağı, qanunlar çərçivəsində fəaliyyətlərini tənzimləməyi tövsiyyə edib. Qeyd olunub ki, seminar məşğələlərdə vətəndaşlarla ünsiyyət, korrupsiya ilə mübarizə, xidməti intizam və xüsusi geyim formasının daşınması qaydalarına diqqət edilməsinə dair məqamlara xüsusi önəm veriləcək.

Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini Əliqulu Cəfərov da çıxış edərək gömrük orqanlarında şəxsi heyət tərəfindən xidməti intizama əməl olunması, o cümlədən gömrük-sərhəd keçid məntəqələrində xidmət aparan gömrükçülərin vətəndaşlarla münasibətdə davranış qaydaları ilə bağlı bir çox məqamlara toxunub. Bildirilib ki, hər bir gömrük orqanı əməkdaşı öz vətəninə, konstitusiyaya və gömrükçü andına sadiq olmalı, xidmətdə və gündəlik həyatda qanunun aliliyini, insanların hüquq və azadlıqlarını, demokratik prinsipləri, mənəvi-əxlaqi dəyərləri, etik normaları rəhbər tutmalı, xidməti vəzifəsinin icrası ilə bir araya sığmayan, gömrük orqanı əməkdaşının adına xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

Daha sonra Daxili Təhlükəsizlik İdarəsinin inspektoru Aytən Pirəliyeva Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi ilə bağlı geniş təqdimatla çıxış edib.

Xatırladaq ki, seminar–məşğələlər 23 may 2020-ci il tarixədək DGK sisteminə daxil olan bütün qurumlarda təşkil ediləcək.

Paylaş »
››› İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür
››› Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video
››› Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
››› Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
››› Koronavirus təhlükəsi: Azərbaycan İranla sərhəddə gömrük məntəqəsini bağladı
Son xəbərlər
Bütün xəbərlər »