Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Diamond Princess” gəmisində koronavirusdan ölənlərin sayı 136-ya çatdı

Yaponiya sahillərində lövbər salmış “Diamond Princess” adlı kruiz laynerində koronavirusa yoluxanların sayı 136 nəfərə çatıb.

Bizimyol.info xəbər verir ki, içərisində 3700 sərnişin olan layner karantin altındadır və heç kimə gəmini tərk etməyə icazə verilmir. Mütəxəssilərin fikirinə görə, gəmidə xəstəliyin sürətlə yayılmasına səbəb havanın təkrar sirkulyasiya yolu ilə təmizlənməsidir. İxtisaslaşmış xəsətəxanalarda havadakı virus mənfi təzyiq altında təmizlənir.

Layner Yaponiyanın İokoqama limanından yanvarın 20-də çıxıb və Kaqosima-Honqkonq- Okinava istiqamətində yol alıb. Gəmiyə xəstəliyi Honkonqda sahilə çıxaraq qohumlarına baş çəkmiş 80 yaşlı sərnişin gətirib. Fevralın 5-də gəmidə 50 yaşdan yuxarı 10 xəstənin olduğu məlum olub. Sərnişinlərə kayutlarını tərk etməmək tapşırılıb.

Gəmidəki rus turistlərdən biri qeyd edib ki, laynerdə ümumilikdə sakitlikdir. “Pəncərəmdan baxıram, göyərtədə rəqs edən cütlük var, kitab oxuyanlar, zamanını gözəl keçirməyə çalışan insanlar çoxdur. Gündə 3 dəfə yemək verilir. Burda hər şey qaydasındadır”.

Bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq virusa yoluxanların sayı gəmidə 136 nəfərə çatıb.

Amerikalı ər – arvad Fil və Qay Korterlər isə fəmidə smartfonları ilə əlaqə saxladıqları tanışlarının hərəkətlərində qəribəliklər olduğunu dilə gətiriblər.”Stress insanlarda psixoloji travmalar yaradıb. Bir çoxu burda oturub ölümü gözləyir kimi hiss edir”.

Qəribədir ki, xəstələrin olmasına baxmayaraq gəmidə karantinin 19 fevralda bitəcəyi elan edilib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »