Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Simpsonlar” serialı gələcəkdə baş verəcək hadisələri necə bilir...

“Simpsonlar” cizgi serialı bütün dünyada məşhurdur. İlk dəfə 1989-cu ildə ekranlara çıxan film həm də maraqlı öncəgörmə missiyası ilə insanları təəccübləndirir. Sanki karikaturaçı Mett Qreyninqin bildiyi bir şeylər var.

Bizimyol.info xəbər verir ki, serial gələcəkdə baş verəcək bir çox hadisələri əvvəlcədən söyləyir.

Cizgi filminin 1995-ci ildə efirə çıxan seriyalarından birində “Apple Watch” gözə dəyir. Halbuki şirkət öz saatını 19 il sonra istehsal edəcəkdi.

“Simpsonlar” Donald Trampın prezidentliyi, Yunanıstandakı iqtisadi böhran, Benqt Holmstremin Nobel mükafatı alması, ağ pələngin təlimçi Roy Horna hücumu, futbol üzrə dünya çempionatında Almaniyanın Braziliya üzərində inamlı qələbəsi, Ledi Qaqanın Superboulda çıxışı, “Guitar Hero” oyununun yaranması, Neymarın dünya kubokunda zədələnməsi, ABŞ-dakı casusluq qalmaqalı, “Rolling Stones” qrupunun yenidən səhnəyə çıxması, Londonda Oskolok göydələninin peyda olması, ilk “iPod”un dizaynı, Ebola epidemiyası, “Facetime”-da ünsiyyət barədə əvvəldən xəbər vermişdilər.

Əkiz qüllələrə senytabrın 11-dəki hücumu necə əvvəldən bilmək olardı? Doğrudanmı filmin yaradıcıları hər şeydən xəbərdardılar? Cavab vermək çətindir.

“Ulduzların müharibəsi” ilə “Alvin və cincablar”ın eyni gündə kinoteatrlara çıxması, Suriyada müharibə, 3-D tortlar – bunların hamısı “Simpsonlar”da əvvəllər göstərilmişdi. Təsəvvür edin, hətta koronavirusdan da danışılmışdı. Hələ 1993-cü ildə Çindən dünyaya yayılmağa başlayan virusdan söz açılmışdı. Süjet belədi: iki yapon şirəçəkən istehsal edən zavodda işləyir. Onlar məhsulları Sprinqfild sakinləri üçün qutulara yığırlar. Qutunun üzərində isə virusun necə yayılması yazılıb.

Son xəbərlər
Bütün xəbərlər »