Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçkilərdə Fəzail Ağamalı fırtınası: “Parlament səndən can qurtarmaq üçün buraxılıb” - Video

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı və Qarabağ qazisi Kamil Musəvi arasında baş verə qalmaqal səngimir.

Bizimyol.info xəbər verir ki, dünən 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı Qarabağlı kəndində seçiciləri ilə görüş zamanı narazı kütlə tərəfindən təhqir olunub. Fəzail Ağamalı məslə ilə bağlı Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, bununla əlaqədar DİN-ə, Baş Prokurorluğa, MSK-ya, DTX-ya, KİV-lərə müraciət edərək ölçü götürülməsini tələb edib.

“Mənə qarşı Qarabağlı kəndində seçicilərlə görüşdən çıxarkən deputatlığa digər namizəd Kamil Musəvi və onun digər regionlardan gətirdiyi sərxoş və nəşəli şəxslər tərəfindən təxribat törədilib. Təhqirlə üzləşdim, lakin təmkinli davrandım, orda olan seçicilərimin və mnəni tanıyan insanların köməkliyi nilə ərazini tərk etdik ki , insanlar arasında qalmaqal yaşanmasın. Mənim və tərəfdarlarımın maşınlarına hücum edildi.Mənim hüquqlarım pozuldu, mənəvi və fiziki hücuma məruz qalmışam”

Baş verən hadisə ilə bağlı DİN araşdırma aparacaq. 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində aparılan təxribata hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılacaq.

Qarabağ qazisi ilə özünü buraxmış parlamentin keçmiş deputatı arasında baş verənlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi qruplar eks deputatın, bəzi qruplar isə Qarabağ qazisinin tərəfini tutublar. Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Nurəddin Mehdixanlı 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya açıq dəstək verib. O, Fəzail Ağamalı ilə birlikdə görüşlərə gedib və onun dövlətinin müstəqilliyi uğrunda fədəkarlıq göstərmiş tarixi şəxslərdən biri olduğunu bəyan edib. Kamil Musəvini isə ətrafına qoşular toplamaqda ittiham edib.

Keçmiş hərbçi, siyasi şərhçi Tərlan Eyvazov isə Fəzail Ağamalını ittiham edib.

“Salyan rayonunda bas verən bu hadisənin, daha doģrusu, bu biabırçılıģın diringəsi hələ uzun çəkəcək. Doģrudanmı özunu pesakar siyasətçi sayan, illərdir gah Xalq Cəbhəsində, daha sonra bu gunkü iqtidarın sırasında yer alan, hamının (yəni iqtidarlı, müxalifətli və ümümən bütün xalqın) ona olan münasibətini bilə-bilə, özünü buraxan parlamentin və ümumən ondan əvvəlki parlamentlərin hamısında təmsil olunan Fəzail Aģamalı, bas verənlərin fərqində deyil? Axi ay siyasətci, yəni doģrudan anlamadin ki, parlaman məhz sənin kimilərin əlundən qurtulmaq ucun buraxılıb?. Yəni bu yaslı vaxtında (ağsaqqal demərəm, yarasmır) niyə ayıbına kor olub oturmursan yerində? Niyə bu xalqi qızışdırıb kücələrə salirsan öz ambisiyana, tamahına görə? Yıģdıqların, mərhum Elçibəydən üzü bu yana icəri saldirdıqların bəs deyilmi kisi?! Niyə qanımızla, canımızla, göz yaşımızla, min bir əzabla qurduģumuz dövlətin bünövresini qaşıyırsız? Yəni baş verənləri dogrudanmı dərk etmirsiz? Onda sənin aldiģın o alim dərəcəsinə, o uzun illərki geydirmə siyasi stajina bir qoz! Sən kim olasısan ki, digər namizədin vəkilini döydürəsən? Görürsənmi xalqın hayqırtısını? Səni də, cangüdən o gədələrini de ayaqlar altina salmaģa hazır idi camaat. Amma yenə dözdülər. Dövlət adına, millət adına, dövlət başćısi adına dözdülər. Amma sən və sənin kimilər özünü yıģışdımasalar, axırı çox qorxulu görunur. Əl cəkin bu çirkinlikdən. Qurtarın bu klan oyun bazlıģınızı.

Kamil Musavi və tərəfdarları, sizlər də bilin, öyrənin. Siyasət hərbi döyus meydani deyil, burada yumruq doyüsdurəsən. Burada aģıl, təmkin, müdriklik, səbr, bilik numayiş etdirilməldir. Sizi təxribata çəkirlərsə, buna uymamalısınız. Unutmayın, seçilsəniz, qarşıda 5 il bu millətin seçilmişi, təmsilçisi olacaqsınız. Parlament isə dava-dalaş yeri yox, millətin tale yüklü problemlərinin həlli meydanındır!”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »